BMU-da “Logistikanın inkişaf yolu” adlı tədbir keçirilib



      Bakı Mühəndislik Universitetində Müəssisələrlə əlaqələr və karyera departamenti və 166 Yükdaşıma və logistika şirkətinin birgə təşkilatçılığı ilə “Logistikanın inkişaf yolu” mövzusunda tədbir keçirilib.

     Tədbirdə çıxış edən departamentin direktoru Gülçöhrə İbrahimova tədbir iştirakçılarını salamlayıb və əldə edəcəkləri məlumatların tələbələrin karyeralarındakı rolundan danışıb.

      Daha sonra şirkət nümayəndələri tələbələrə fəaliyyətləri haqqında ətraflı məlumat veriblər və  bildiriblər ki, şirkət yükdaşıma xidməti ilə yanaşı taksi, inşaat və təmir xidmətləri də göstərir.

      Sonda tələbələrin şirkətdə işə qəbul qaydaları ilə bağlı sualları cavablandırılıb.

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019