BMU-da "8 Mart – Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirilib



   Bakı Mühəndislik Universitetində müəllim və tələbələrin iştirakı ilə "8 Mart – Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir­də xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı dəyərli fikirlərini əks etdirən video film izlənilib.

    BMU-nun rektoru, professor Havar Məmmədov bayram münasibəti ilə universitetin xanım əməkdaşlarını və tələbələrini təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, ölkəmizin dünya ölkələri arasında nüfuzu gündən-günə artır. Bu nailiyyətlərin əldə edilməsində, ölkəmizin  ictimai-siyasi həyatında  Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, "Azərbaycan qadını tarix boyu ağlı, zəkası, qeyrəti, namusu, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tanınmışdır".

   Ölkəmizdə qadınlar üçün yaradılan şəraitdən danışan rektor möhtərəm Prezidentimiz İlham Əliyevin və Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin ictimai həyatında qadınların fəaliyyətlərini hər zaman yüksək qiymətləndirdiklərini, onlara xüsusi diqqət və qayğı göstərdiklərini qeyd edib.

   Daha sonra universitetin tələbələri YAP Gənclər birliyinin sədri Günel Salahova və İlqar Bəşirov çıxış edərək  ölkəmizdə qadınlara  yaradılan imkanlardan danışıblar.

   Tədbir universitetin əməkdaşları və tələbələrin ifasında səhnəciklər, musiqilər və rəqslərlə davam edib.

 

 

 

Digər xəbərlər

BMU-nun müəlliminin iştirakı ilə şagirdlər üçün ehtiyat dərslik hazırlanıb
Ətraflı   19-Mar-2019
İqtisadiyyat və İdarəetmə fakültəsində qrup nümayəndələri ilə növbəti görüş..
Ətraflı   19-Mar-2019
Ən fəal tələbə-könüllülər mükafatlandırılıb
Ətraflı   18-Mar-2019
BMU-da Karyera sərgisi keçirilib
Ətraflı   18-Mar-2019