BMU-da Tələbə Elmi Cəmiyyətinin nümayəndələri ilə görüş olub



    Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.ü.f.d. Mayıs Əzizov və fakültənin elmi işlər üzrə dekan müavini, i.ü.f.d. Fərid Cəbiyev Tələbə Elmi Cəmiyyətinin (TEC) nümayəndələri ilə görüşüb.

   Görüşdə Bakı Mühəndislik Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin TEC sədri Lamiyə Feyzullayeva, TEC-in universitet üzrə sədr müavini Yunus Babasoylu və fakültənin digər TEC təmsilçiləri iştirak edib. Görüş zamanı tələbələrin TEC-ə cəlb olunması və TEC fəaliyyətlərində və universitetimizdə keçiriləcək beynəlxalq konfranslarda aktiv iştirakı geniş müzakirə edilib. Fakültənin dekanı, i.ü.f.d. Mayıs Əzizov bu semestr TEC-in keçirəcəyi tədbirlərin təşkil olunmasında və bu barədə fakültə tələbələrinin məlumatlandırılmasında lazımi bütün dəstəyin veriləcəyini bildirib. İqtisadiyyat və idarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini, i.ü.f.d. Fərid Cəbiyev öz növbəsində TEC-in həyata keçirəcəyi layihələrə və TEC-in kafedralarla aktiv işləməsinə dəstək olacağını vurğulayıb.

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019