BMU-da təlim keçirilib



    Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti, BMU-nin Texnoparkı, “British Council” və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə təlim keçirilib.

     BMU-da keçirilən tədbirdə universitetin Texnoparkının direktoru, dosent  İsa Qasımov təlimin mahiyyəti haqqında ətraflı məlumat verib.  O, "Yeni Fikir VI" startup layihəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

      "EnterpriseAzerbaijan.com" portalının əməkdaşı Aytən Məmmədova "British Council"in "Creative Spark" layihəsinin Bakı Mühəndislik Universiteti ilə olan əməkdaşlığı çərçivəsində seçilmiş tələbələrin Böyük Britaniyaya getmə şansı, EnterpriseAzerbaijan"ın inkubasiya və akselerasiya mərkəzinə qoşulma şansı və "EnterpriseAzerbaijan"ın gətirdiyi yeniliklər barədə danışıb.

   Sonra Azexport.az portalının əməkdaşı Ayxan Qədəşov "Amazonla qazan" layihəsi, "Creative Spark" layihəsinin meneceri Oruc Dursunzadə gənclər arasında innovativ sahibkarlığın inkişaf etdirilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov startup və sahibkarlar üçün olan güzəştlər mövzularında çıxış ediblər.

    Tədbirin sonunda gənc startapçı Nərmin Fərzəliyeva təlim müddətində çəkdiyi rəsmi Aytən Məmmədovaya təqdim edib. Eyni zamanda iştirakçılara beynəlxalq əməkdaş olan “British Council” və İİTKM tərəfindən sertifikat təqdim olunub.

Digər xəbərlər

BMU-nun müəlliminin iştirakı ilə şagirdlər üçün ehtiyat dərslik hazırlanıb
Ətraflı   19-Mar-2019
İqtisadiyyat və İdarəetmə fakültəsində qrup nümayəndələri ilə növbəti görüş..
Ətraflı   19-Mar-2019
Ən fəal tələbə-könüllülər mükafatlandırılıb
Ətraflı   18-Mar-2019
BMU-da Karyera sərgisi keçirilib
Ətraflı   18-Mar-2019