BMU əməkdaşları (MAGNUS) ERASMUS+KA2 layihəsinin Linköping Universitetində keçirilən ilkin görüşdə iştirak ediblər



  “Tərəfdaş universitetlərdə Mobil tətbiqləri və Oyun dizaynı” üzrə magistr proqramlarının hazırlanması (MAGNUS) ERASMUS+KA2 mübadilə proqramı çərçivəsində İsveçin Linköping Universitetində keçirilən ilkin görüşdə Bakı Mühəndislik Universitetinin Kompüter və İT kafedrasının müdiri Babək Abbasov və kafedranın baş müəllimi Əli Həsənov iştirak edib.

     Görüş zamanı Bakı Mühəndislik Universitetinin nümayəndələri “Mobil tətbiqləri və Oyun dizaynı” üzrə magistr proqramının yayılması və istifadəsi mövzusunda təqdimatla çıxış ediblər. Hazırlanmış təqdimat layihə rəhbəri və dinləyənlər tərəfindən yüksək rəğbətlə qarşılanıb.

     Qeyd edək ki, layihə rəhbəri universitetin beynəlxalq layihələrdəki uğurunu ifadə edərək layihənin yayılması və istifadəsi olan sonuncu iş paketində Bakı Mühəndislik Universitetini lider universitet kimi göstərib.

Digər xəbərlər

BMU-da Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650-illik yubileyinə həsr olunmuş tədbir..
Ətraflı   22-Apr-2019
LANDAU Məktəbində tələbələrimizə iş imkanları
Ətraflı   19-Apr-2019
BMU-nun tələbələri kubok qazandılar
Ətraflı   18-Apr-2019
“PROMİG” Erasmus+ KA2 layihəsi çərçivəsində Almaniyanın Oldenburq Universitetinin müəlliml..
Ətraflı   18-Apr-2019