BMU-nin tələbəsi Londonda 54 ölkənin nümayəndəsi ilə yarışacaq



    Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition”  öz fəaliyyətini uğurla davam etdirir. Bugünə kimi bir çox natiqlik yarışması və öyrədici layihələr həyata keçirən Platformanın təşkilatçılığı ilə Gənc Natiqlər Konfransı keçirilib. Konfransın əsas məqsədi ölkənin ən yaxşı gənc natiqlərini bir araya toplamaq və onların öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır. Həmçinin, peşəkar, beynəlxalq natiqlərin iştirakı ilə həyata keçirilən panel sessiyası müzakirələri ilə gənclərə 21-ci əsrin tələbi - natiqliyin karyera, şəxsi brendinq, biznes kimi müxtəlif sahələrdəki imkanlarını çatdırmaq olub.

     Konfransda 10 natiqin “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafındakı çıxışları hər kəs tərəfindən maraqla qarşılanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqədə Azərbaycanın ən yaxşı 3 natiqi müəyyən olunub.

    Birinci yerə Bakı Mühəndislik Universitetinin tələbəsi Adil Qafarlı layiq görülüb və final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanıb. Adil Qafarlı 13-17 May, 2019-cu il tarixində Londonda 54 ölkənin nümayəndəsi ilə yarışaraq dünyanın ən yaxşı natiqi olmaq uğrunda mübarizə aparacaq.

     Qeyd edək ki, eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər də iştirak edirlər.

 

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019