BMU-nun əməkdaşı İctimai televiziyanın “Yadigarlar” verilişinin qonağı olub



   Universitetimizin əməkdaşı Yeqzar Cəfərli İctimai televiziyanın “Yadigarlar” verilişinin qonağı olub. Verilişin bu dəfəki buraxılışı tanınmış ədəbiyyatçı, şərqşünas alim Əli Fəhmiyə həsr olunub. Verilişdə onun elmi və pedaqoji fəaliyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb. Verilişdə əməkdaşımızla yanaşı akademik Vasim Məmmədəliyev və Bakı Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sənan İbrahimov da iştirak edib. Əli Fəhmi yaradıcılığını ətraflı tədqiq edən əməkdaşımızın hələ tələbə ikən 2011-ci ildə alimin yaradıcılığına həsr olunmuş “Əli Fəhmi dünyası” adlı monoqrafiyası çapdan çıxıb. Qeyd edək ki, Yeqzar Cəfərli universitetimizin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında müəllim vəzifəsində çalışır. Müasir ədəbiyyatla bağlı araşdırma aparır. ABŞ ədəbiyyatının filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir. 2 monoqrafiyanın və 1 bədii əsərin müəllifidir.

Verilişlə tam olaraq aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=AnDqb32HNbo

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019