BMU-nun prorektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə görüşüb



   Bakı Mühəndislik Universitetinin Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə görüşüb.

    Görüşdə tələbə təşkilatlarının fəaliyyətindən, gənclərin mənəvi tərbiyəsindəki rolundan və tələbələrin asudə vaxtlarının səmərəli keçirmələrindən bəhs olunub. Prorektor tədbirdəki çıxışında ölkə başçısı İlham Əliyevin gənclər siyasətindən, dövlətimizin gənclərə göstərdiyi qayğısından söz açaraq tələbə təşkilatlarının fəaliyyətindən, universitet rəhbərliyi tərəfindən tələbələrə yaradılan şəraitdən və onların uğurları barədə  ətraflı məlumat verib.

    Bildirib ki, hal-hazırda universitetdə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), YAP Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti (TEC) kimi 4 tələbə təşkilatının fəaliyyət göstərir. Tələbə təşkilatları müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirir və TGT-nin üzvləri beynəlxalq tələbə konfranslarında universitetimizi layiqincə təmsil edirlər.

   Daha sonra ayrı-ayrı tələbələrin fikirləri dinlənilib, rəy və təklifləri müzakirə olunub. Sonda B.Hüseynzadə tələbələrə gələcək fəaliyyətləri ilə bağlı tövsiyyələrini verib.

    TGT-nin keçmiş sədri, Abşeron YAP Gənclər Təşkilatının sədri Elnur Mirzəyev  çıxış edərək ona etimad göstərənlərə təşəkkür edib  və gələcək planlarından danışıb. E.Mirzəyev Azərbaycan gənci olaraq bundan sonrakı fəaliyyətində də daim dövlətçiliyimizin inkişafında, qorunub saxlanılmasında və eləcə də universitetin sosial işlərində yaxından iştirak edəcəyini bildirib. O, həmçinin TGT sədri vəzifəsini müvəqqəti olaraq icra edəcək Ləman Şərifovanı tədbir iştirakçılarına təqdim edib.

     Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə layihəsi əsasında yaradılan BMU Tələbə Gənclər Təşkilatı (TGT) 2016-cı ilin fevral ayından fəaliyyət göstərir.

 

     

 

 

Digər xəbərlər

BMU-da " Bilik Günü" qeyd olunub
Ətraflı   16-Sep-2019
BMU-da tədris-metodiki iclas keçirilib
Ətraflı   12-Sep-2019
BMU yüksək bal toplayan abituriyentlərin diqqət mərkəzində
Ətraflı   09-Sep-2019
BMU əməkdaşları beynəlxalq sertifikata layiq görülüb
Ətraflı   03-Sep-2019