BMU-nun rəhbərliyi Türkiyə səfiri ilə görüşüb



    Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və Beynəlxalq Əlaqələr üzrə prorektor,  dosent  Manafəddin  Namazov  Türkiyə  Respublikasının  Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Rektor  H.Məmmədov səfirlə görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu  qeyd  edib.

   Görüşdə Türkiyə Universitetləri arasında müəllim-tələbə mübadiləsi, ikili diplom və müəllim hazırlığı məsələləri müzakirə olunub.

 Səfir Erkan Özoral Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə təhsil sahəsində universitetlər arasında əməkdaşlığı möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu görüşdən məmnun olduğunu bildirib.

 

Digər xəbərlər

BMU-nun akademik heyəti ölkəmizdə və xaricdə keçirilən konfranslarda aktiv iştir..
Ətraflı   17-Sep-2019
BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
Ətraflı   17-Sep-2019
BMU-da " Bilik Günü" qeyd olunub
Ətraflı   16-Sep-2019
BMU-da tədris-metodiki iclas keçirilib
Ətraflı   12-Sep-2019