BMU-nun tələbələri “Təmiz Şəhər”də olublar



     Bakı Mühəndislik Universitetinin Ekologiya mühəndisliyi ixtisasının tələbələri “Təmiz Şəhər” ASC-nin nəzdində fəaliyyət göstərən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda və Balaxanı Sənaye Parkında olublar.

      BMU-nun Sənayenin təşkili və idarə olunması kafedrasının müəllimi Etibar Qəhramanov və Müəssisələrlə əlaqələr və karyera departamentinin əməkdaşı Vasif Fərəcovun rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada “Təmiz Şəhər” ASC–nin əməkdaşları  qurumun fəaliyyəti haqqında  məlumat veriblər. Əməkdaşların sözlərinə görə, Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik su qablarının, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti fəaliyyət göstərir. Daha 12 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış 10 rezident yaxın zamanda fəaliyyətə başlayacaq.

   Sonra Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ilə tanışlıq zamanı tələbələrə zavodun ətraf mühitə mənfi təsirlərin azaldılmasındakı rolu barədə məlumat verilib. Bildirilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir zavodlardandır. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaqla, 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

        

 

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019