BMU-nun tələbələri yenə qalib oldu



    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənc Mühasiblər” İctimai Birliyinin təşəbbüsü ilə Bakı Konqres Mərkəzində “Mühasibat uçotu üzrə gənclər üçün II Olimpiadanın təşkili” adlı layihənin final mərhələsi keçirilib. Final mərhələsində 11 universitetin 400 dən çox tələbəsi iştirak edib. İştirakçılar Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan mühasibat uçotu üzrə sualları cavablandırıblar.

    Olimpiadada Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan Əfsanə Mustafayeva ən yüksək nəticə göstərərək 1-ci yerə, Maliyyə ixtisası üzrə təhsil alan Prezident təqaüdçüsü Nail Qasımzadə 2-ci yerə, Maliyyə ixtisası üzrə təhsil alan Prezident təqaüdçüsü  Ramin Cəfərov isə 3-cü yerə layiq görülüb. Xatırladaq ki, keçən il keçirilən I Olimpiadanın da ən yüksək pilləsinə Bakı Mühəndislik Universitetinin tələbəsi layiq görülmuşdür.

    Universitetin rektoru, professor Havar Məmmədov nailiyyət qazanmış tələbələrlə görüşərək onları təbrik edib. Bildirib ki, BMU tələbələri yerli və beynəlxalq yarışlarda qazandıqları uğurlarla universiteti layiqincə təmsil edirlər. Rektor əldə olunan nailiyyətlərin arxasında müəllimlərin zəhməti və tələbələrin çalışqanlıqlarının dayandığını qeyd edib.

    Tələbələr də onlara göstərilən diqqətə və universitetdə yaradılan şəraitə görə professor Havar Məmmədova təşəkkür ediblər.

     Tədbirin sonunda tələbələrə universitet tərəfindən fəxri fərman və mükaffatlar təqdim olunub, xatirə şəkli çəkilib.

 

 

 

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019