BMU tələbələrinin startapı "Data SoCool Data Analitikası Platforması" "Microsoft Partner" olub



    Bakı Mühəndislik Universitetinin tələbələri Aytac Alıyeva və İsa Zeynalın rəhbərliyində olan "Data SoCool Data Analitikası Platforması" "Microsoft Partner" olub.

     Son illərdə dünyada demək olar ki, bütün sahələrdə tətbiq olunmağa başlayan və daha çox populyarlıq qazanan data ilə bağlı sahələr ölkəmizdə də inkişaf etməkdədir. "Data SoCool" ölkədə data ilə bağlı ilk şirkətlərdən biridir.

   Sözü gedən sahələrdə təlimlər və data məhsulları xidmətlərini təklif edən "Data SoCool" startapı artıq 8 aydır fəaliyyət göstərir. Hazırda Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti olan qurum qısa müddətdə bir neçə şirkətlə əməkdaşlığa başlayıb. Şirkətin rəhbərliyi sentyabr ayından etibarən əhatə fəaliyyətini daha da genişləndirəcəyini və yeni xidmətlərini iş dünyasına təklif edəcəyini açıqlayıb.

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019