BMU tələbəsinin növbəti uğuru



     Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Məhəmmədəli Quliyev növbəti uğura imza atıb. Belə ki, M.Quliyev Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, veteran güləşçi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən VII açıq Respublika turnirində II yerə (60 kq çəki dərəcəsində) layiq görülüb.

      M.Quliyev bundan əvvəl də sərbəst güləş üzrə mötəbər yarışlarda uğurlar əldə edib. O, bu ilin may ayında Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına əsasən, “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “XIV Respublika Universiadası” nda I yeri tutub.

     Eyni zamanda, M.Quliyev sərbəst güləş üzrə Azərbaycan yığmasının tərkibində bir sıra beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək, fəxri kürsüyə qalxmağı bacarıb.

 İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər

Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub
Ətraflı   22-Oct-2019
BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib..
Ətraflı   22-Oct-2019
“Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təlim
Ətraflı   22-Oct-2019
NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxu..
Ətraflı   21-Oct-2019