Carlsberg Azərbaycan şirkətində ödənişli təcrübə proqramı



     Carlsberg Azərbaycan şirkətinin əməkdaşı BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera departamentinin qonağı olub. Görüş zamanı bildirilib ki, şirkət tələbə və yeni məzun olanlara ödənişli təcrübə keçmək imkanı yaradır və daha sonra işə davam etmək təklifi edir.

    Şirkətdən verilən məlumata görə, “Carlsberg Azerbaijan”da təcrübə imkanları universitetin 3-cü kurs və yuxarı (magistr kursları daxil olmaqla), əyani bölməsində tədris alan tələbələr üçündür. Tələbələrlə əmək müqaviləsi (müəyyən sınaq müddəti ilə) təklif edilir. Təcrübə müddəti başa çatdıqdan sonra və yüksək nəticələrlə işinin öhdəsindən gələn təcrübəçilərə, ixtisasına uyğun olaraq (şirkətdə  uyğun vakansiya olduğu halda) daimi iş yeri təklif oluna bilər.

                 Tələb olunan ixtisasların siyahısı:

  • Riyaziyyat
  • Mühəndislik
  • Elektroenergetika
  • Elektronika
  • Marketinq
  • İqtisadiyyat
  • Maliyyə

 

                 Namizədlərə olan tələblər:

 

3-cü və 4-cü kurs tələbələri

     Azərbaycan dilini səlis bilən (danışma və yazma) Rus və İngilis dillərini bilənlərə üstunlük verilir

Yüksək ünsiyyət bacarıqları olan.

İnternet Explorer və MS Office programlarını yaxşı bilən.

 

                Müraciət qaydası

“Carlsberg Azerbaijan” şirkətinin yay təcrübə proqramına seçimlərdə (test və assesme center)   iştirak etmək istəyənlər 25 May 2019 tarixinədək, elektron məktubun mövzu bölməsində «Yay Təcrürbə Proqramı» qeyd etməklə  HR_CV@Carlsberg.az adresinə CV-ləri  göndərə bilərsiniz.

                  CV-də oxuduğunuz universitetin adı, ixtisasınız, bacarıqlarınız və iş  təcrübəniz (olduğu halda) mütləq yer almalıdır.

        

                

 

 

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019