İqtisadiyyat və İdarəetmə fakültəsində qrup nümayəndələri ilə görüş keçirilib



     BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alan 2-ci kurs qrup nümayəndələri ilə görüş keçirilib. Görüşdə universitetin Tərbiyə işləri üzrə prorektoru, s.ü.f.d. Bayram Hüseynzadə, Ümumi işlər üzrə prorektor Fuad Ağamalıyev, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Mayıs Əzizov, dekan müavinləri, dosent Xanlar Heydərov, i.ü.f.d. Elsevər İbadov və i.ü.f.d. Fərid Cəbiyev, həmçinin İqtisadiyyat və İdarəetmə fakültəsinin “Mühasibat uçotu və audit”, “Beynəlxalq münasibətlər”, “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Biznesin idarə edilməsi” və “Sənayenin təşkili və idarə olunması” ixtisaslarında azərbaycan və ingilis dillərində təhsil alan 2-ci kurs qrup nümayəndələri, fakültənin Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatı (TGT) sədrləri də iştirak ediblər.

    İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent M.Əzizov çıxış edərək görüş iştirakçılarını salamlayıb və tələbələrlə rəhbərliyin daha yaxın münasibət qurması üçün mərhələli şəkildə bütün qrup nümayəndələri ilə keçiriləcək görüşlərin mahiyyətindən danışıb.

    Bakı Mühəndislik Universitetinin prorektorları s.ü.f.d. Bayram Hüseynzadə və Fuad Ağamalıyev tələbələrə tədris və tərbiyə fəaliyyətləri və eləcə də tələbə həyatının daha səmərəli keçirilməsi ilə bağlı tövsiyələrini veriblər.

   Daha sonra prorektorlar və dekanlıq nümayəndələri tələbələrin tədris, tərbiyə, elmi fəaliyyət, bir çox texniki məsələlərlə bağlı suallarını və təkliflərini dinləyib və geniş müzakirələr aparılıb.

   Sonda tələbələr universitet rəhbərliyinin onların fikirlərinə dəyər vermələrindən və səmimi müzakirələrdən məmnun olduqlarını bildiriblər.

 

 

 

 

 

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019