Konsul BMU-da tələbələrlə görüşüb



     Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi-səfirliyin konsulu cənab Cümənəzərov Ovəzgəldi Bakı Mühəndislik Universitetində olub. Qonağı qəbul edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, BMU kampus  şəklində fəaliyyət göstərir. Belə ki, universitet kampusunda tədris binaları ilə yanaşı oğlan və qızlar üçün müasir tipli tələbə yataqxanaları mövcuddur. Universitetdə kadr hazırlığını həyata keçirən ixtisasların əksəriyyətinin ingilis dilində olduğunu diqqətə çatdıran rektor universitetin xarici əlaqələrinin də yüksək səviyyədə qurulduğunu bildirib.

    Səmimi qəbula görə rektora təşəkkür edən konsul cənab  Cümənəzərov Ovəzgəldi bildirib ki, BMU haqqında həmişə yüksək fikirlər eşidib. Burada təhsil alan Türkmənistanlı tələbələr də universitetdə olan təhsil mühitindən və tədrisin keyfiyyətindən razılıq edirlər.

       Sonda qonaq BMU-da təhsil alan Türkmənistanlı tələbələrlə də görüşüb.

Digər xəbərlər

BMU-da Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650-illik yubileyinə həsr olunmuş tədbir..
Ətraflı   22-Apr-2019
LANDAU Məktəbində tələbələrimizə iş imkanları
Ətraflı   19-Apr-2019
BMU-nun tələbələri kubok qazandılar
Ətraflı   18-Apr-2019
“PROMİG” Erasmus+ KA2 layihəsi çərçivəsində Almaniyanın Oldenburq Universitetinin müəlliml..
Ətraflı   18-Apr-2019