Körfəz Ərəb Dövlətləri universitetlərinin nümayəndələri BMU ilə tanış olublar



    Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə Körfəz Ərəb Dövlətlərinin “Taif”, “Jazan”, “Jeddah”, “Majmaah”, “Imam Abdulrahman Bin Faisal”, “Shaqra”, “Kuwait”, “Al Jouf” və “Prince Sattam Bin Abdulaziz” universitetlərindən 90 nəfərlik nümayəndə heyəti BMU-da olublar. Universitetin zalında keçirilən rəsmi tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edib. Rektor ölkəmizdə təhsilin səviyyəsi və Prezident İlham Əliyevin ali təhsil müəssisələrinə, eləcə də kadr hazırlığına diqqət və qayğısı barədə ətraflı məlumat verib. BMU–nun maddi-texniki bazası, tədris sistemi, tələbə həyatı və beynəlxalq əlaqələri barədə danışıb. Bildirib ki, BMU dünyanın bir çox qabaqcıl universitetləri ilə əməkdaşlıq edir. Professor Havar Məmmədov Ərəb Dövlətlərinin universitetləri ilə də əməkdaşlığın mümkünlüyünü qeyd edib.

    Tədbirdə BMU haqqında video çarx nümayiş olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb.

    Daha sonra qonaqlar  universitetin foyesində təşkil olunan sərgini ziyarət ediblər. Sərgidə qonaqlara tələbələrin əl işi olan Azərbaycanın mədəniyyət nümunələri təqdim edilib. BMU-nun müasir texnologiyalı texnoparkı,  laboratoriyaları və yataqxanaları ilə tanış olan qonaqlar universitet haqqında yüksək təsurat əldə etdiklərini bildiriblər.

    Təmsil olunan universitetlərin nümayəndələri dəvətə və yüksək təşkilatçılığa görə BMU rəhbərliyinə təşəkkür ediblər.

 

 

 

 

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019