Bayram Hüseynzadə (Ph.D)

B.Huseynzade
B.Huseynzade

Bölmə:

Vəzifə:

E-mail:

PROREKTORLUQ (Tərbiyə işləri üzrə)

Prorektor

bhuseynzade@beu.edu.az

Təhsil

  • Fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası, Siyasi elmlər üzrə fəlsəfə doktoru. - 2009 Dek. Diplom #31
  • Magistratura, Bakı Dövlət Universiteti, Jurnalist. - 1998 Apr. Diplom #AB-I 072812
  • Magistratura, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət və bələdiyyə idarəetməsi. - 2005 İyl. Diplom #BB-I 002051

Tərcümeyi hal

1974-cü ildə anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların idarə olunması fakültəsini bitirib. 2009-cu ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 1997-1998-ci illərdə “Bakı Universiteti” qəzetinin baş redaktoru olub. 1998-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatında baş mütəxəssis, sektor müdiri və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri vəzifələrində çalışıb. Dövlət qulluğundakı səmərəli fəaliyyətimə görə 2005-ci ildə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib. Dörd kitabın redaktoru, 500-ə yaxın məqalənin müəllifidir. 2007-ci ildən 2017-ci ilədək “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2017-ci il martın 14-dən Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışır. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bakı Mühəndislik Universiteti YAP ilk ərazi təşkilatının sədridir. Ailəlidir, 3 övladı var.