BMU MUN Klubu Bakı Mühəndislik Universitetində Model Birləşmiş Millətlər Təşkilatı simulyasiyası çərçivəsində fəaliyyət göstərən bir klubdur. BMU MUN klubu BMU yarandığı vaxtdan bəri fəaliyyət göstərir. Model BMT və ya MUN olaraq da bilinən Birləşmiş Millətlər Təşkilatı simulyasiyası, tələbələrin diplomatiya, beynəlxalq münasibətlər və Birləşmiş Millətlər haqqında öyrənə biləcəyi bir akademik fəaliyyətdir.

    MUN iştirakçılara tənqidi düşüncə, komanda işi və liderlik qabiliyyətlərindən əlavə  debat və yazı bacarıqlarını öyrədir. Bu klubun iştirakçıları aktiv olaraq bir çox simulyasiyalarda iştirak edib. Universitet daxilində bir sıra tədbirlər (BEUMUN 2016, BEUMUN 2017, Novruz MUN 2018, BEU MUN 2018, Winter Peace Conference 2019) də keçirilib.