Elektronika laboratoriyası əsasən, Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları istiqamətli ixtisaslarda mühəndislər üçün nəzərdə tutulub. Laboratoriyada olan ləvazimatlar Dövrələr nəzəriyyəsi, Elektronikanın əsasları, Rəqəmsal sistemlər, Mikroprosessorlu sistemlər və s. kimi fənlərin tədrisində istifadə edilir.

     Laboratoriya ölçü cihazları (ossilloqraflar, multimetrlər), generatorlar (sabit və dəyişən cərəyan mənbələri), elektronika tədris stendləri (məntiqi dövrələr üçün), mikrokontroller kit-ləri (stendləri) və xırda elektron elementlər ilə təchiz olunub. Tələbələr laboratoriyada özləri sadə analoq və rəqəmsal sxemlər qurur, prosesləri simulyasiya etməyi öyrənir və onları eksperimental olaraq işlədirlər. Simulyasiya və mikrokontrollerləri proqramlaşdırmaq üçün laboratoriyada müxtəlif simulyatorlardan istifadə edirlər.  Tədris stendlərinin köməyi ilə tələbələr elektron cihazların iş prinsipini mənimsəyir və real praktiki şəraitdə qurmağı öyrənirlər.

     Bundan əlavə, fəaliyyət göstərən robototexnika-İKT laboratoriyasında da tələbələr aldıqları bilikləri tətbiq edərək müxtəlif robotlar hazırlayır, onları proqramlayır, proseslərin mikrokontrollerlər (mikroprosessorlar) vasitəsiylə idarəsi və avtomatlaşdırılmasını öyrənirlər.