Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha Universitetinin ikili diplom proqramı

(BAKALAVR PİLLƏSİ ÜZRƏ)


Proqram haqqında

2020/2021-ci tədris ilindən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə edilən razılığa uyğun olaraq İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi (Telekommunikasiya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Kompüter mühəndisliyi üzrə ixtisaslaşdırılmış kursları da daxil olan) ixtisaslar üzrə ikili diplom proqramının həyata keçirilməsinə start verilir. Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə bilər. Bakı Mühəndislik Universiteti (BMU) ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən abituriyentlər qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə təhsil ala biləcəklər.

İxtisaslar:
  • İnşaat mühəndisliyi;
  • Elektrik mühəndisliyi;
  • Elektronika mühəndisliyi;
  • İnformasiya texnologiyaları.
Proqramın modeli:

Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. Diplom işini ingilis dilində hazırlayıb müdafiə etdikdən sonra iki diplom əldə edəcəklər. Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Bundan əlavə bakalavr pilləsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.

Qəbul şərtləri:
  • DİM-in təşkil etdiyi imtahanda 400 və daha çox bal toplamaq;
  • BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi ingilis dili və fənn müsabiqəsindən uğurla keçmək.
Tələb olunan sənədlər:
  • 3x4 ölçüsündə iki ədəd rəngli fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Attestat;
  • DİM tərəfindən keçirilmiş imtahanda topladığı balı təsdiq edən sənəd;
  • İngilis dili sertifikatı (əgər varsa).
Tədris dili: İngilis
Xaricdə təhsil müddəti: 1 il
Cənubi Koreyanın İnha Universiteti haqqında:

Universitet mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. İnha Universiteti müxtəlif tədqiqatlar aparan, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri olan və 20 mindən çox tələbəyə malik ali təhsil ocağıdır. İkili Diplom Proqramı və İnha Universiteti haqqında daha ətraflı məlumat əldə etmək üçün təqdim olunan linklərə baxa bilərsiniz: (1) (ENG): https://www.youtube.com/watch?v=7vJ9jTfusHM (2) (RUS): https://www.youtube.com/watch?v=64C1E5lrXNs (3) https://eng.inha.ac.kr