Memarlıq və İnşaat Klubu

 

     Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və İnşaat Klubu universitetdə memarlıq ixtisası və inşaat ixtisası üzrə təhsil alan və bu sahəyə marağı olan tələbələrin həyatında mühüm rol oynayır. Klub bu sahələrdə olan müasir tendensiyaların və bacarıqların tələbələrə aşılanması, onların sosial həyatının təşkili istiqamətində mütəşəkkil fəaliyyət göstərir.

     Klub BMU tələbələrinin memarlıq və inşaat sahəsində olan bilik və bacarıqlarının həm universitet daxilində, həm də universitet xaricində sərgilənməsində, eləcə də nümayiş olunmasında xüsusi rol oynayır. Memarlıq və İnşaat Klubu maraqlı və yenilikçi təşəbbüs və layihələri ilə həmişə tələbələrin, universitet ictimaiyyətinin rəğbətini qazanır.