Robotexnika Klubu Bakı Mühəndislik Universitetində aktiv şəkildə fəaliyyət göstərən klublardan biridir. Bu kluba robot və avtomatlaşdırma texnologiyalarına marağı olan tələbələr cəlb olunur. Klub robot və avtomatlaşdırma texnologiyaları sahəsində müasir tendensiyaların tələbələrə çatdırılmasında mühüm rol oynayır. Müxtəlif müzakirələr, təlimlər, seminarlar və digər fərqli tədbirlər keçirən klub müasir texnoloji yeniliklərin tələbələrə təqdim olunması, tələbələrin bu sahədə karyera imkanlarının genişlənməsi və bu sahədə tələbələrin fikir müxtəlifliyinin dərinləşməsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərir.