Tələbə həyatı


300

nəfərlik tələbə yataqxanaları

49

tələbə klubu

15

növdə idman yarışları


Sosial fəaliyyət

Yeməkxana

Universitet tələbələri və müəllimləri üçün gündəlik menyu təqdim edən yeməkxana, eləcə də hər tədris binasında ayrıca müasir kafeteriya fəaliyyət göstərir

Ətraflı

Tələbə Media Mərkəzi

Əsas məqsədi media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr üçün TMMdə layihələrin təqdim edilməsinə imkan yaratmaqdır. 

Ətraflı

İdman

Tələbələrin fiziki olaraq tonusda qalmaları üçün universitetdə idman zalından futbol meydançasına kimi imkanlar mövcuddur

Ətraflı

Yataqxanalar

     Universitetdə tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir. Oğlan və qızlar üçün 300 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir. Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur.

     Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və  gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar  mövcuddur. 

     Yataqxanalarda camaşırxana, dərzi otaqları fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir. Eyni zamanda, otaqlarda və koridorlarda yanğından müdafiə qurğuları, yanğın xəbər verici sistemlər yerləşdirilib. Yataqxanalarda 1 kitabxana və 4 dərs çalışma otağı tələbələrin istifadəsinə verilib. Tədbirlər  və seminarlar  keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb.

     Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var.

     Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

 

Tələbə klubları

  Bakı Mühəndislik Universitetinin (BMU) tələbə həyatı öz zənginliyi və rəngarəngliyi ilə seçilir. Tələbələrin sosial və elmi həyatının zənginləşməsində, dərslərdən əlavə bilik və bacarıqlarının dərinləşməsində,həmçinin tələbəlik həyatının xoş və əyləncəli keçməsində universitetin klubları çox əhəmiyyətli rol oynayır. Tələbə klubları əsasən Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərirlər.

    BMU tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ölkəmizin universitetləri arasında ən aparıcı yeri tutur. Universitetdə hazırda 49 tələbə klubu fəaliyyət göstərir.İntellektual oyunları, şahmatı, kitab oxumağı, maraqlı oyunlar oynamağı, debat keçirməyi sevən, karyera bacarıqlarını artırmağa çalışan, xeyriyyə işi və digər fəaliyyətlərlə məşğul olmaq istəyən tələbələr üçün çoxsaylı tələbə klublarının olması onların tələbəlik həyatını daha maraqlı, effektiv və yaddaqalan edir. 

Robotexnika Klubu

Ətraflı

Teatrsevərlər Klubu

Ətraflı

Hacı Zeynalabdin Tağıyev Klubu

Ətraflı

Vətənpərvərlik Klubu

Ətraflı

Karyera Klubu

Ətraflı

Futbol Klubu

Ətraflı

Texnologiya Klubu

Ətraflı

Memarlıq və İnşaat Klubu

Ətraflı

Basketbol Klubu

Ətraflı