Tələbələrin uğurları

 

2017/2019-cu illərdə Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində təhsil alan tələbələrinin respublika və beynəlxalq müsabiqələrdə əldə etdikləri nailiyyətlər:

 

1) 6 may 2017-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nə həsr olunmuş 24 ali təhsil müəssisəsindən 52 komandanın iştirak etdiyi “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadası”nda komanda müsabiqəsində “BEU Programmers” komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Müzəffər Məmmədli, komanda rəhbəri Etibar Seyidzadə) I yerə layiq görülüb.

2) 27-30 oktyabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən Avropa Universitetində “XI Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi”ndə BMU-nun tələbələri: Rəşad Məmmədov və Mahmud Allahverdiyev II dərəcəli diploma, Asiman Ağayev, Məmməd Hacılı, Rəsul Kərimov, Tağı Əşrəfov “Yüksək nailiyyət” sertifikatına layiq görülüblər. Komanda müsabiqəsində “Baku EU 1” - (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Tağı Əşrəfov, komanda rəhbərləri-Etibar Seyidzadə, Rauf Süleymanlı) və “Baku EU 2”komandaları - (Məmməd Hacılı, Rəsul Kərimov, Asiman Ağayev, komanda rəhbərləri-Etibar Seyidzadə, Rauf Süleymanlı) “Yüksək nailiyyət” sertifikatına layiq görülüblər.

3) 4 noyabr 2017-ci il tarixində BMU, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, Azərbaycan ACM bölməsinin təşkilatı dəstəyi ilə keçirilmiş “42-ci ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin 1/4 final mərhələsində (XIII Azərbaycan Çempionluğu) “Baku Engineering University 1” komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, komanda rəhbəri Etibar Seyidzadə) I yerə, “Baku Engineering University 3” komandası  (Ceyhun Yaqublu, Aydın Abbasov, Sultan Murtuzaliyev, komanda rəhbəri Etibar Seyidzadə) III yerə, “Baku Engineering University 2” (Məmməd Hacılı, Asiman Ağayev, Tağı Əşrəfov, komanda rəhbəri Etibar Seyidzadə) və “Baku Engineering University 4” komandaları (Müzəffər Məmmədli, Kamil Əliyev, Fazil Əmirli, komanda rəhbəri Etibar Seyidzadə) “Yüksək nailiyyət sertifikatı”na, “Baku Engineering University 5” komandası (Fərid Vəliyev, Tural Sadiqov, Araz Heydərov, komanda rəhbəri Etibar Seyidzadə) fərqlənmə sertifikatına layiq görülüblər.

4) 1-6 dekabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən Avropa Universitetində keçirilmiş “42-ci ACM ICPC 2017-2018 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda komanda müsabiqəsində “Baku Engineering University 1” komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, komanda rəhbəri Etibar Seyidzadə) ACM ICPC 2017-2018 Azərbaycan Çempionu sertifikatına, ACM ICPC 2017-2018 NEERC III dərəcəli sertifikata, Cənubi Qafqaz Açıq Çempionatının I dərəcəli diplomuna, “Baku Engineering University 2” komandası (Məmməd Hacılı, Tağı Əşrəfov, Asiman Ağayev, komanda rəhbəri Etibar Seyidzadə) ACM ICPC 2017-2018 NEERC Fərqlənmə sertifikatına layiq görülüblər. Fərdi müsabiqədə Mahmud Allahverdiyev, Rəşad Məmmədov, Məmməd Hacılı Cənubi Qafqaz Açıq Çempionatının III dərəcəli diplomuna, Rəsul Kərimov, Asiman Ağayev, Tağı Əşrəfov Cənubi Qafqaz Açıq Çempionatının “Yüksək nailiyyət” sertifikatına layiq görülüblər.

5) 9 dekabr 2017-ci il tarixində NetWork Training Center ofisində Azercell şirkətinin dəstəyi, NetWork Training Center-in və NAPCAR-ın təşkilatçılığı ilə keçirilmiş “CODE CUP 2017 Proqramlaşdırma üzrə Olimpiada”da Rəşad Məmmədov və Mahmud Allahverdiyev I dərəcəli diploma, Məmməd Hacılı, Tağı Əşrəfov II dərəcəli diploma, Ceyhun Yaqublu III dərəcəli diploma, Asiman Ağayev “Yüksək nailiyyət” sertifikatına, Elvin Ağaməmmədzadə fərqlənmə sertifikatına layiq görülüblər.

6) 19-21 yanvar 2018-ci il tarixlərində onlayn keçirilmiş və 415 komandanın iştirak etdiyi "İSBAK Yazılım Maratonu '18" beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinalında Ejdaxas komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb, 3-4 mart 2018-ci il tarixlərində Türkiyənin İstanbul Texnik Universitetində keçirilmiş final mərhələsində iştirak edib.

7) 1-2 mart 2018-ci il tarixlərində “Hash Code 2018 by Google” Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təsnifat mərhələsində Azərbaycan üzrə onlayn olaraq Baku Engineering University HUB, ADA University HUB, Hackademy HUB, d.a.h programing group HUB altında müxtəlif ali təhsil müəssisələrinin komandaları və şirkətlərdə çalışan mütəxəssislərdən ibarət 34 komanda iştirak edib. BEU Programmers komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, Məmməd Hacılı) müsabiqənin təsnifat mərhələsini Azərbaycan üzrə birinci olaraq tamamlayıb.

8) 22-30 mart 2018-ci il tarixlərində Harbour Space University, Amrita School of Engineering, Codeforces, “Moscow Workshops ACM-ICPC”-nin birgə təşkilatçılığı ilə Hindistanın Amritapuri vilayətində Amrita School of Engineering bazasında “Hello India x Russia Programming Bootcamp​ ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsi keçirilib. 8 ölkənin (Hindistan, Azərbaycan, İordaniya, Litva, Oman, Rusiya, Sinqapur, Yaponiya) 28 ali təhsil müəssisəsi, 3 kollec və 3 şirkətinin iştirak etdiyi təlim və müsabiqələrdə 39 komanda iştirak edib. Təlimlər çərçivəsində keçirilmiş müsabiqələrdə BEU Programmers komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, komanda rəhbəri Etibar Seyidzadə) ən yaxşı nəticə (2 müsabiqədə II yer, 5 müsabiqədə I yer) göstərərək yekun nəticəyə görə “Hello India x Russia Programming Bootcamp​ ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və qızıl medala layiq görülüb.

9) 5 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “XII Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda Respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda iştirak edib. BMU-nun “BEU Programmers” komandası  (Mahmud Allahverdiyev, Rəsul Kərimov, Məmməd Hacılı, komanda rəhbəri Etibar Seyidzadə) I yerə layiq görülüb.

10) 25-28 may 2018-ci il tarixlərində Tbilisidəki şəhərində Suxumi Dövlət Universitetinin bazasında “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi” keçirilib. Müsabiqə eyni zamanda Rusiya, Belarusiya və Ukraynanın bir neçə şəhərində keçirilib, Rusiya, Ukrayna, Belarusiya, Azərbaycan, Gürcüstan, Ermənistandan olan məktəblilər, tələbələr və veteranlar (ACM ICPC müsabiqələrinin əvvəlki illərin iştirakçıları) iştirak edib. Fərdi müsabiqədə Mahmud Allahverdiyev və Rəşad Məmmədov  III dərəcəli diploma, Ülvi Aslanlı, Rəsul Kərimovvə Məmməd Hacılı  “Yüksək nailiyyət”sertifikatına, Əyyub Nəcəfzadə isə fərqlənmə sertifikatına, komanda müsabiqəsində isə “Baku EU 1”  komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Əyyub Nəcəfzadə, komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı) – II dərəcəli diploma, “Baku EU 2” komandası (Məmməd Hacılı, Rəsul Kərimov, Ülvi Aslanlı, komanda rəhbərləri-Etibar Seyidzadə, Rauf Süleymanlı) - III dərəcəli diploma layiq görülüblər.

11) 26 sentyabr-4 oktyabr tarixlərində Moscow Workshops ICPC, Moscow Institute of Physics and Technology, ITMO University,  Harbour Space University, Codeforces-un birgə təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərində “Hello Barcelona in collaboration with Moscow Workshops ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri keçirilib. Təlimlər ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyıb və Rusiyanın bu sahədə dünya şöhrətli mütəxəssisləri tərəfindən verilib. Təlimlərdə 18 ölkədən (Azərbaycan, Belarus, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, İslandiya, Yaponiya, Lebanon, Litva, Meksika, Oman, Portuqaliya, Rusiya, İspaniya, İsveç, ABŞ) 35 komanda iştirak edib. Bakı Mühəndislik Universitetinin BEU Programmers komandası (Rəşad Məmmədov, Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, komanda rəhbəri Etibar Seyidzadə) təlimlərdə iştirak edib.

12) 27 oktyabr 2018-ci il tarixində “43-cü ACM ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”-nin 1/4 final mərhələsi (XIV Azərbaycan Çempionluğu)BMU-da keçirilib. Müsabiqədə 17 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib.

“Baku Engineering University 1” komandası (Rəşad Məmmədov, Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, komanda rəhbəri Etibar Seyidzadə) – I dərəcəli diploma və I yerə, “Baku Engineering University 4” komandası (Tağı Əşrəfov, Asiman Ağayev, Sultan Murtuzaliyev, komanda rəhbəri Etibar Seyidzadə)- I dərəcəli diplom və III yerə, “Baku Engineering University 2” komandası (Nicad Hüseynov, Cavid Əfəndiyev, Zəkəriyyə Zəkəriyyəli, komanda rəhbəri Etibar Seyidzadə) – II dərəcəli diploma,“Baku Engineering University 3” komandası (Müzəffər Məmmədli, Adil Abdurrazaklı, Kamil Əliyev, komanda rəhbəri Etibar Seyidzadə) – III dərəcəli diploma layiq görülüblər.

13) 30 noyabr - 5 dekabr 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilmiş “43-cü ACM ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində (komanda) və Cənubi Qafqaz Açıq Çempionatının (komanda və fərdi) müsabiqələrində 11 ölkədən 300 komanda iştirak edib.

“Baku Engineering University 1” komandası (Rəşad Məmmədov, Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, komanda rəhbəri Etibar Seyidzadə) ACM ICPC 2018-2019 “Azərbaycan Çempionu” sertifikatına, ACM ICPC 2018-2019 NEERC III dərəcəli sertifikata, Cənubi Qafqaz Açıq Çempionatının II dərəcəli diplomuna,“Baku Engineering University 4” komandası (Tağı Əşrəfov, Asiman Ağayev, Sultan Murtuzalıyev, komanda rəhbəri Etibar Seyidzadə) ACM ICPC 2018-2019 NEERC fərqlənmə sertifikatına,Cənubi Qafqaz Açıq Çempionatının “Yüksək nailiyyət” sertifikatına layiq görülüblər.

 “Cənubi Qafqaz Açıq Çempionatı”nın fərdi müsabiqəsində Rəşad Məmmədov II dərəcəli diploma, Sultan Murtuzalıyev III dərəcəli diploma, Ülvi Aslanlı vəTağı Əşrəfov  “Yüksək nailiyyət” sertifikatına, Asiman Ağayev və Əyyub Nəcəfzadə isə fərqlənmə sertifikatına layiq görülüb.

14) 29 sentyabr 2018-ci il tarixində AzərKosmosun “CanSat” layihəsinin final mərhələsində Mühəndislik fakültəsi tələbələrindən ibarət “Rodimus” komandası 3-cü yerin qalibi olub.

15) Azərbaycan Respublikası Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 26 oktyabr 2018-ci il tarixində təşkil olunmuş "İdeyadan biznesə" startup turlarının respublika finalında BMU-nun Mühəndislik fakültəsi tələbələrindən ibarət komandasıGONEX layihəsinin qalibi olub.

16) “ProgElectro” komandasının təşkil etdiyi iki günlük “Makers’ DAYS” tədbirində məruzələr dinlənilib, “Əşyaların interneti” adlı panel və “Xətt izləyən” robot yarışı keçirilib. 4 komandanın qatıldığı yarışda Mühəndislik fakültəsi tələbələrindən ibarət komandanın hazırladığı robot qalib seçilib.