Texnologiya klubu

 

“Techno” Klub adı ilə fəaliyyət göstərən Texnologiya Klubu Bakı Mühəndislik Universitetinin (BMU) ən güclü klublarındandır. Klubun əsas məqsədi müasir texnoloji trend və tendensiyalar haqqında tələbələri məlumatlandırmaq və onları aşılamaqdan ibarətdir.

Texnologiya Klubu BMU tələbələri üçün çoxsaylı seminarlar, təlimlər, tanınmış mütəxəssislərlə görüşlər və texnologiya sahəsində qabaqcıl şirkət və qurumlara gəzintilər təşkil edir. Klub proqramlaşdırma dilləri, müasir mühəndislik proqramları, süni intellekt və digər texnoloji biliklərin tələbələrə dərslərdən kənar təlimlər və layihələr vasitəsi ilə çatdırılmasında mühüm rol oynayır.