Tələbə Həmkarlar İttifaqı Komitəsi

 

    Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin hüquqlarını qoruyan təşkilatdır.  Univeristetin tələbələri müxtəlif problemlərlə bağlı Tələbə Həmkarlar İttifaqına müraciət edə bilirlər. Komitə  daima tələbələrin problemlərinin onların xeyrinə həll olunmasına çalışır.

    THİK tələbələrin sosial-ictimai həyatının təşkilində də mühüm rol oynayır. Həm elmi-praktiki, həm də sosial-ictimai layihələrin təşkilində və həyata keçirilməsində yüksək aktivlik göstərir. Komitə tələbələrin karyera imkanlarının genişlənməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbir və layihələr təşkil edir.

    Tələbə Həmkarlar İttifaqının tərkibində aşağıdakı klublar fəaliyyət göstərir:

 

    Asan Könüllülər Klubu

    Elektronik İdman Klubu

    Fəlsəfə Klubu

    Futbol Klubu

    Gənc Müəllimlər Klubu

    İKiGAİ Motivasiya Klubu

    İqtisadiyyat Klubu

    İstedad klubu

    Multikulturalizm Klubu

    MUN (Model Birləşmiş Millətlər Təşkilatı) Klubu

    Prometey İntellektual Klubu

    Proseslərin Avtomatlaşdırılması Klubu

    Real Oyunlar Klubu

    Rəsm Klubu

    Sağlamlıq Klubu

    Sinema Klub

    Şahmat Klubu

    Şən və Hazırcavablar Klubu

    Tağıyev Xeyriyyə Klubu

    TEDEX Klubu

    Texno Klub

    Tennis Klubu