Rauf Məmmədov

Bölmə:  Magistratura və Doktorantura

VəzifəsiMüdir

Email: ramammadov@beu.edu.az

 

Təhsil Fəlsəfə doktoru, Azərbaycan Neft və Kimya İnstitutu, Texniki Elmlər Namizədi. - 1989 Okt. Diplom #KD 007820

Magistratura, Azərbaycan Texniki Universiteti, Avtomobil və avtomobil təsərrufatı. - 1980 İyl. Diplom #134949

 

“Magistratura və doktorantura” şöbəsi (MDŞ)

 Şöbənin əməkdaşları f.ü.f.d Ülkər Abdurəhmanova və  Zahid İdriszadədir.

Şöbənin gördüyü işlər.

  1. Universitetə yeni qəbul olan magistrantların elektron sistemə qeydiyyatının aparılması və onların şəxsi işinin formalaşdırılması, DİM-in protokolları və məktubu əsasında  I kursa qəbul əmrinin hazırlanması.
  2. Magistrantlarla  müqavilə bağlanmasının təşkili.
  3. Tələbə biletinin hazırlanıb magistrantlara təqdim olunması.
  4. Magistrantların universitetə qəbulu, xaric olunması, akademik məzuniyyət verilməsi, soyadın dəyişilməsi, təqaüd verilməsi, xaric olmuş tələbələrin yenidən bərpası, köçürülməsi və məzun olması haqqında müxtəlif əmrlərin hazırlanması.
  5. Tələbə əmrlərinin universitetin “Elektron Məlumat Sisteminə” (EMS) işlənməsi, tələbələrin şəxsi işinə tikilməsi.
  6. Magistrantlara arayış və transkriptlərin verilməsi.
  7. Magistrantlar barədə universitet daxilindən və universitet xaricindən tələb olunan müxtəlif statistikaların hazırlanması.
  8. Magistrant kontingenti ilə bağlı Təhsil Nazirliyindən və digər təşkilatlardan universitetə daxil olan məktublara cavab hazırlanması.
  9. Magistr disseretasiya işi müdafiəsi üzrə İxtisaslaşdırılmış şuraların protokollarının düzgün tərtib edilməsinə nəzarət etmək, vaxtında təhvil alınmasının təşkili.
  10. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi ilə işin təşkili, tələbələr barədə tələb olunan bütün məlumatların sistemə daxil edilməsi.  

 Şöbə universitetdə magistratura kontingenti ilə əlaqəli aşağıdakı  işlər üzrə metodiki - təşkilati funksiyaları və nəzarəti  həyata keçirir:

  Payız və yaz semestrləri üçün müvafiq dövrlərdə qeydiyyat (əlavə olunmalar-çıxarılanlar) əməliyyatlarının aparılması və tamamlanaraq magistratura və doktorantura şöbəsinə təqdim edilməsi;

  Kafedralar və fakültələr tərəfindən I kurs magistrantların mövzularının, elmi rəhbərlərinin, fərdi iş planlarının təsdiq edilməsi və magistratura və doktorantura şöbəsinə verilməsi, daha sonra müvafiq əmrin verilməsi;

   Yeni qəbul edilmiş magistrantlar üçün tanışlıq və oriyentasiya seminarlarının təşkil edilməsi;

   Yeni qəbul üçün  ixtisasların alınmasına görə sifarişlərin hazırlanması işində iştirak etmək;

   Daxili yoxlamaların planlaşdırılması;

   Semestr sonu imtahanlara hazırlıq;

  Müəyyən olunmuş müddətlərdə elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri üçün kafedralarda məsul şəxslərin müəyyən edilməsi və təcrübə ilə əlaqəli fəaliyyətlərin başlanması;

   Elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinin keçirilməsinə metodiki köməklik və nəzarət;

   Kafedralar tərəfindən ildə iki dəfə (müəyyən olunmuş müddətlərdə) magistrantların hesabatlarının təşkili və keçirilməsi;

   Magistrlik dissertasiyasının yazılması və müdafiəsi ilə əlaqədar seminarın keçirilməsi;

  Dissertasiya müdafiə üçün İxtisaslaşdırılmış şuraların sədrlərinin müəyyən edilməsi və Təhsil Nazirliyinə təklif olunması üçün rektorluğa müraciət göndərilməsi;

  İxtisaslaşdırılmış şuraların sədrləri Təhsil Nazirliyi tərəfindən təsdiq edildikdən sonra komissiya üzvlərinin kafedralar tərəfindən müəyyən edilərək MDŞ-yə təqdim edilməsi və daha sonra müvafiq əmrin verilməsi;

  Məzun ola biləcək magistrantların il ərzində müəyyən olunmuş mərhələlərdə sənədlərinin  (transkript, fərdi iş planı, gündəlik və b.) yoxlanması və çatışmamazlıqların kafedralara bildirilməsi;

  Məzun ola biləcək magistrantların siyahısının kafedralar tərəfindən hazırlanması, magistrant ilə birlikdə transkriptlərin yoxlanılması və MDŞ-yə təqdim edilməsi;

 Magistrlik dissertasiyalarının müdafiə tarixlərinin kafedralar tərəfindən təyin edilərək müvafiq fakultələrə və  MDŞ-yə təqdim edilməsi;

  Magistrlik dissertasiyalarının müdafiəsinin təşkili və keçirilməsinə nəzarət;

 Təqvim ili ərzində müvafiq dövrlərdə məzun olmuş magistantlar haqqında siyahının hazırlanması; İxtisaslaşdırılmış şuraların kafedralardan təqdim olunmuş magistrlik dissertasiyalarının müdafiəsi protokollarına əsasən müvafiq məzun əmrinin verilməsi. 

Şöbə universitetdə doktorantura kontingenti ilə əlaqəli aşağıdakı  işlər üzrə metodiki - təşkilati funksiyaları  həyata keçirir:

   Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində elanın verilməsi;

   Sənədlərin qəbulu və müsabiqənin keçirilməsi üçün rektorun əmri ilə qəbul komissiyasının yaradılması, müvafiq fənlər üzrə imtahan komissiyalarının yaradılması;

   Doktoranturaya və dissertanturaya müraciət edənlərin sənədlərinin yoxlanması və ixtisas uyğunluğunun müəyyənləşdirilməsi;

   Təqdim edilən sənədlərin əsasında qəbul komissiyasının imtahanlara buraxılmaq haqqında qərarının iddiaçılara bildirilməsi;

   Doktoranturaya qəbul imtahanlarının keçirilməsi və nəticələrin qəbul komissiyasına bildirilməsi;

 Keçirilmiş müsabiqənin nəticələri və nəzərdə tutulan elmi rəhbərin rəyi əsasında qəbul komissiyasının qərarının rektorluğa bildirilməsi;

  Doktoranturaya qəbul olunanlar haqqında rektorluq tərəfindən əmrin verilməsi;

  Doktorantların dissertasiya mövzularının, elmi rəhbərlərinin və fərdi iş planlarının (tədris proqramının)  müvafiq elmi şuralardada təsdiq edilməsi;

  Müvafiq kafedranın təqdimatı əsasında iddiaçıların dissertant təhkim olunması, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında elmi şura tərəfindən qərarın qəbul edilməsi;

  Qəbul olunan doktorant və dissertantlar haqqında məlumatın rektorluq tərəfindən Təhsil Nazirliyinə bildirilməsi;

   Təsdiq edilmiş dissertasiya mövzularının AMEA dövlət qeydiyyat mərkəzi tərəfindən təsdiqinin təmin edilməsi;

   Doktorant və dissertantların fəaliyyət mərhələləri ilə əlaqədar seminarların təşkil edilməsi;

   Doktorantlar üçün informatikadan və xarici dildən doktorluq  imtahanlarının verilməsi;

   Dissertantlar üçün informatikadan, xarici dildən və fəlsəfə fənnindən doktorluq imtahanının verilməsi;

 Doktorant və dissertantlar üçün ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən) doktorluq imtahanlarının verilməsi;

 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili  fənnindən əlavə doktorluq imtahanının verilməsi;

  Doktorant və dissertantların fərdi iş planının yerinə yetirilməsi barədə kafedralarda vaxtaşırı hesabat verməsi;

  Fakültə elmi şuralarında doktorant və dissertantların elmi rəhbərlərinin vaxtaşırı hesabatının dinlənilməsi;

  Doktorant və dissertantların illik attestasiyasının keçirilməsi;

  Dissertasiya işi tamamlandıqdan sonra işin yerinə yetirildiyi uyğun kafedrada AAK-ın tələblərini (videoçəkiliş və s.) nəzərə alaraq ilkin müzakirəsinin həyata keçirilməsi;

  Müdafiə üçün lazım olan sənədlərin toplanması və uyğun müdafiə şurasına təqdim edilməsi;

  İllik təhsil haqqının 2 hissə olaraq hər semestrin sonuna qədər ödənməsi;

 Normativ təhsil müddətini bitirən doktorant və dissertantların müəyyənləşdirilməsi, rektorluğa bildirilməsi və rektorluqda müvafiq əmrin verilməsi.