Dillər Məktəbi

Məqsədimiz gənc nəsilə təhsil verib onları gələcəyə hazırlamaqdır

    Dillər Məktəbi BMU-tinə qəbul olan oxuyacaqları fakültələrdə təhsil dili ingilis dilində tələb olunan tələbələr üçündür. Fakültələrin bir çoxunun tələbələrdən əsas istəkləri Azərbaycan və İngilis dillərini müəyyən səviyyədə bilmələridir.

    Tədris ilinin əvvəlində tələbələrə İngilis dili səviyyələrini müəyyənləşdirmək üçün “Səviyyə müəyyənləşdirmə” imtahanı keçirilir. Imtahan nəticələri bilindikdən sonra fakültənin tələb etdiyi ingilis dili səviyyəsinə uyğun yüksək nəticə göstərən tələbələr birbaşa fakültəyə keçə bilirlər. Digər tələbələr topladıqları ballara yəni səviyyələrinə uyğun olaraq siniflərə bölünürlər.

    Səviyyə imhanına əsasən Dillər Məktəbinin əsas məqsədi kiçik tələbə qrupları yaratmaqla təhsildə səmərəliliyi, effektivliyi yüksəltməkdir Müasir təhsil metodları tələbələrə yeni dili qavramağa və dil bacarıqlarını effektiv şəkildə inkişaf etdirməyə kömək edir.