Futbol klubu

    Futbol klubu semestr ərzində bir neçə turnir, məhşur futbolçularla görüş və ixtisaslararası yarış keçirəcək. Klubun nəzdində universitetimizin milli futbol komandası fəaliyyət göstərəcək. Komanda universitetlərarası yarışlarda universitetimizi təmsil edəcək. Universitetimizin futbol komandası peşəkar futbolçu-tələbələrdən təşkil olunub. Klubda peşəkar məşqçilər yığma komandanı yarışlara hazırlayacaq. Klub təkcə peşəkar futbolçu-tələbələri deyil, həvəskarları da düşünərək onlar üçün məşqlər keçirəcək. Həmin məşqlər həftədə iki dəfə olmaqla universitetin futbol meydançasında təşkil ediləcək. Klubun keçirdiyi məşqdən fotolar: