Mühəndislik fakültəsi

Fakültələr

  • Kompüter və informasiya texnologiyaları mühəndisliyi

  • Mexanika mühəndisliyi

  • Memarlıq və inşaat mühəndisliyi

  • Sənayenin təşkili və idarə edilməsi

  • Kimya mühəndisliyi

İxtisaslar

  • Elektroenergetika mühəndisliyi

  • Sistem mühəndisliyi

  • Kompüter mühəndisliyi

  • İnformasiya texnologiyaları

  • Mexanika mühəndisliyi

  • Maşın mühəndisliyi

  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi

  • Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

  • Memarlıq

  • İnşaat mühəndisliyi

  • Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi

  • Şəhərsalma

  • Sənayenin təşkili və idarə edilməsi

  • Ekologiya mühəndisliyi

  • Kimya mühəndisliyi

  • İdarəetmədə informasiya sistemləri

  • Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

  • İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sənaye üzrə)

  • Maşın və mexanizmlər nəzəriyyəsi

  • Əsas üzvi sintezin kimyası və texnologiyası

Hazırda fakültədə 25 ixtisas üzrə ümumilikdə 1464 nəfər tələbə təhsil alır. Fakültədə təhsil alan əcnəbi tələbələrin sayı isə 26 nəfərdir. 2018-2019-cu tədris ilində Mühəndislik fakültəsində bakalavr ixtisasları üzrə 9 tələbə Prezident təqaüdçüsüdür.

Tələbələrin uğurları

1) 27-30 oktyabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetində “XI Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi”ndə Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsi tələbələrindən ibarət komandaları Yüksək nailiyyət sertifikatına layiq görülüblər.

2) 4 noyabr 2017-ci il tarixində Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə keçirilmiş “42-ci ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin 1/4 final mərhələsində (XIII Azərbaycan Çempionluğu) Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsi tələbələrindən ibarət komandaları Yüksək nailiyyət sertifikatı və fərqlənmə sertifikatina layiq görülüblər.

3) 1-6 dekabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetində keçirilmiş “42-ci ACM ICPC 2017-2018 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda komanda müsabiqəsində Bakı Mühəndislik Universitetinin, Mühəndislik fakültəsi tələbələrindən ibarət komandası ACM ICPC 2017-2018 Azərbaycan Çempionu sertifikatına, ACM ICPC 2017-2018 NEERC III dərəcəli sertifikata, Cənubi Qafqaz Açıq Çempionatının I dərəcəli diplomuna, ACM ICPC 2017-2018 NEERC Fərqlənmə sertifikatına layiq görülüblər. Fərdi müsabiqədə isə III dərəcəli diplomuna, Cənubi Qafqaz Açıq Çempionatının Yüksək nailiyyət sertifikatına layiq görülüblər.

4) 9 dekabr 2017-ci il tarixində NetWork Training Center ofisində Azercell şirkətinin dəstəyi, NetWork Training Center-in və NAPCAR-ın təşkilatçılığı ilə keçirilmiş “CODE CUP 2017 Proqramlaşdırma üzrə Olimpiada”da Bakı Mühəndislik Universitetinin, Mühəndislik fakültəsi tələbələri fərdi olaraq I dərəcəli diploma, II dərəcəli diploma, III dərəcəli diploma, Yüksək nailiyyət sertifikatına, və Fərqlənmə sertifikatına layiq görülüblər.

5) 1-2 mart 2018-ci il tarixlərində “Hash Code 2018 by Google” Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təsnifat mərhələsi Azərbaycan üzrə onlayn olaraq Baku Engineering University HUB, ADA University HUB, Hackademy HUB, d.a.h programing group HUB adı altında müxtəlif ali təhsil müəssisələrinin komandaları və şirkətlərdə çalışan mütəxəssislərdən ibarət ümumilikdə 34 komanda iştirak edib. Bakı Mühəndislik Universitetinin, Mühəndislik fakültəsi tələbələrindən ibarət komandası müsabiqənin təsnifat mərhələsini Azərbaycan üzrə birinci olaraq tamamlayıb.

6) 19-21 yanvar 2018-ci il tarixlərində “online” keçirilmiş "İSBAK Yazılım Maratonu 18" beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinalında (415 komanda iştirak edib) Ejdaxas komandası müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb, 3-4 mart 2018-ci il tarixlərində Türkiyənin İstanbul Texnik Universitetində keçirilmiş final mərhələsində iştirak edib.

7) 22-30 mart tarixlərində Harbour Space University, Amrita School of Engineering, Codeforces, “Moscow Workshops ACM-ICPC”-nin birgə təşkilatçılığı ilə Hindistanın Amritapuri vilayətində Amrita School of Engineering bazasında “Hello India x Russia Programming Bootcamp​ ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsi keçirilib. Təlimlərdə və müsabiqələrdə 8 ölkənin (Hindistan, Azərbaycan, İordaniya, Litva, Oman, Rusiya, Sinqapur, Yaponiya) 28 ali təhsil müəssisəsi, 3 kollec və 3 şirkətdən 39 komanda iştirak edib. Təlimlər çərçivəsində keçirilmiş müsabiqələrdə Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsi tələbələrindən ibarət komandası “Hello India x Russia Programming Bootcamp​ ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və qızıl medala layiq görülüb.

8) 5 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “XII Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda Respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda iştirak edib. Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci yerə layiq görülüb.

9) 25-28 may 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Suxumi Dövlət Universitetinin bazasında “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi” keçirilib. Müsabiqə eyni zamanda Rusiya, Belarusiya və Ukraynanın bir-neçə şəhərində keçirilib, Rusiya, Ukrayna, Belarusiya, Azərbaycan, Gürcüstan, Ermənistandan olan məktəblilər, tələbələr və veteranlar (ACM ICPC müsabiqələrinin əvvəlki illərin iştirakçiları) iştirak edib. Bakı Mühəndislik Universitetinin, Mühəndislik fakültəsi tələbələrindən ibarət komandası fərdi müsabiqədə: III dərəcəli diploma, Yüksək nailiyyət sertifikatına, Fərqlənmə sertifikatına layiq görülüblər. Komanda müsabiqəsində II dərəcəli diploma, III dərəcəli diploma və fərqlənmə sertifikatına layiq görülüblər.

10) 29 sentybar 2018-ci il tarixində AzərKosmosun “CanSat” layihəsinin final mərhələsində Mühəndislik fakültəsi tələbələrindən ibarət “Rodimus” komandası 3-cü yerin qalibi olmuşdur.

11) Azərbaycan Respublikası Nəqliyyat və Yüksək Texnalogiyalar Nazirliyi tərəfindən 26 oktyabr 2018 tarixində təşkil olunmuş "İdeyadan biznesə" startup turlarının respublika finalında Bakı Mühəndislik Universitetinin, Mühəndislik fakültəsi tələbələrindən ibarət komandasının GONEX layihəsi qalib olub.

12) “ProgElectro” komandasının təşkil etdiyi iki günlük “Makers’ DAYS” tədbiri. Tədbirdə məruzələr dinlənilib, “Əşyaların interneti” adlı panel və “Xətt izləyən” robot yarışı keçirilib. 4 komandanın qatıldığı yarışda Mühəndislik fakültəsi tələbələrindən ibarət komandanın hazırladığı robot qalib seçilib.