RİYAZİYYAT MÜƏLLİMLİYİ KAFEDRASI

   Günü-gündən inkişaf edən və eyni zamanda problemlərin geniş vüsət aldığı cəmiyyətimizdə müəllimlik sənətinin əhəmiyyəti daha da artmaqdadır. Bu mənada cəmiyyətimizin ehtiyacı olan, həm öz ixtisasının peşəkarı, həm də geniş dünyagörüşünə malik müəllim yetişdirmək məqsədilə universitetimizdə riyaziyyat müəllimliyi bölməsi açılıb. 

   Bölmədə əsas riyazi fənlərlə yanaşı, məzun olan tələbələrin pedaqoji fəaliyyət göstərə bilməsi üçün tədris planında pedaqogika, psixologiya, sosiologiya və məktəb riyaziyyat kursunun elmi əsasları kimi fənlərə də yer verilir. Bundan əlavə, orta məktəbdə riyaziyyat tədrisinin metodikası, cəbrin və həndəsənin bəzi məsələləri və məsələ həlli strategiyaları kimi fənlərin tədrisində orta məktəbdə keçirilən cəbr və həndəsə dərslərinin əsas bölmələrinə xüsusi diqqət yetirilir. Təhsil müddəti ərzində tələbələrin  pedaqoji təcrübə keçmələri planlaşdırılır. 

   Bölmənin tədris proqramı məzunlara təhsillərini magistr səviyyəsində davam etdirməyə və riyaziyyatın müxtəlif sahələrində elmi tədqiqatla məşğul olmağa imkan yaradır.

 Tarixçə

   Bakı Mühəndislik Universitetinin Riyaziyyat müəllimliyi kafedrası 2017-ci ilin əvvəllərindən fəaliyyətə başlayıb. Birinci kursda tələbələrə yalnız ingilis dili öyrədilir. Sonrakı illərdə əsas fənlər ingilis dilində tədris olunur. 

 Məqsəd

   Bölmənin əsas məqsədi milli və qlobal dəyərlərə sahib, ədalətli, əzmli, daim özünü inkişaf etdirən, hüququn üstünlüyünə və düşüncəyə hörmət edən, yüksək peşə qabiliyyətinə malik, araşdırmaq və təhlil etmək, eləcədə əlaqə qurmaq bacarıqlarını inkişaf etdirən, özü və ətrafı ilə dialoq əsasında qurucu fəaliyyətləri ilə seçilən nümunəvi müəllimlər yetişdirməkdir. Elmi tədqiqatlara üstünlük verən bacarıqlı müəllimlər yetişdirməklə yanaşı, riyaziyyatın tədrisi sahəsində yeni elmi metodları araşdıran və tətbiq edən, həmişə özünü inkişaf etdirən müəllimlər yetişdirməklə bağlı problemlərə elmi-metodiki həll yolları gətirən, hazırladığı müəllimləri ilə qürur hissi keçirən bölmə olmağı da önə çəkir.

   Bunlarla yanaşı, tələbələrə riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi təqdim etməkdir. Həmçinin tələbələri yüksək səviyyəli riyaziyyatçı və riyaziyyat müəllimi kimi yetişdirmək əsas hədəfimizdir. 

Kafedranın xarici əlaqələri

   İxtisasların tədris proqramları xarici universitetlərin təcrübələrinə əsasənhazırlanmışdır. Kafedra əməkdaşları bir qayda olaraq, dünyanın müxtəlif ölkəuniversitetləri ilə aparılan mübadilə proqramlarında, eləcə də, ortaq layihələrdə iştirakedirlər.  Kafedraya aid ixtisaslarda təhsil alan tələbələr də xarici ölkələrlə aparılanmübadilə proqramlarında aktiv iştirak edirlər. Bu prosesdə tələbələrə kafedra tərəfindən mütəmadi olaraq lazımidəstək verilir.

 Vizyon

1. Azərbaycan daxilində riyaziyyat sahəsində elmi-pedaqoji mərkəz kimi tanınmaq.

2. Professional və etik məsuliyyəti dərketmə bacarığı

3. Şifahi və yazılı formaları səmərəli əlaqələndirə bilmə bacarığı.

4. Müxtəlif səviyyəli qruplarla işləmə bacarığı 

Kafedrada müxtəlif ölkələrdə təhsil almış, yüksək ixtisaslı peşəkar professor- müəllim heyəti çalışır. Tədrisin ingilis dilində aparıldığı şöbələrdə fəaliyyət göstərən heyətinböyük əksəriyyəti beynəlxalq ingilis dili sertifikatına sahibdir.

Bakı Mühəndislik Universiteti Riyaziyyat Müəllimliyi bölməsinin müdiri  Dr. Rakib Əfəndiyevdir