Texnologiya klubu

 

Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən çoxsaylı klublardan biri də “Techno Club”dur. Texnologiya əsri ilə yarışda tələbələrin öz yerlərini tutması üçün var gücü ilə çalışan klubun komandası öz fəaliyyətini daimi inkişaf üzərində qurmuşdur. Ən son trendlərə uyğun, müxtəlif seminar, layihə və kurslarla həm Bakı Mühəndislik Universitetinin, həm də digər universitetlərin tələbələrinə dəstək olaraq onların öz seçdikləri istiqamət üzrə uğur qazanmasına töhfə verir. Bu zamana kimi təşkil edilən intellektual və texniki yarışlar, maraqlı və lazımi mövzuları əhatə edən seminarlar, müxtəlif layihə və proqramlardakı tərəfdaş klub kimi diqqət mərkəzinə çıxmışdır. Fərdi inkişafını düşünən gənclərin bu cür fürsətlərdən faydalanması tövsiyə olunur.