Bayram Hüseynzadə Əvəz

Haqqında

    Bölmə: Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorluq
    Vəzifə: Prorektor

Təhsil

  • Doktorantura 08-DEC-09

    Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası Siyasi elmlər üzrə fəlsəfə doktoru

    Diplom 31

  • Magistratura 22-APR-98

    Bakı Dövlət Universiteti Jurnalist

    Diplom AB-I 072812

  • Magistratura 18-JUL-05

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dövlət və bələdiyyə idarəetməsi

    Diplom BB-I 002051

Avtobioqrafiya

  • 1974-cü ildə anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların idarə olunması fakültəsini bitirib. 2009-cu ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 1997-1998-ci illərdə “Bakı Universiteti” qəzetinin baş redaktoru olub. 1998-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatında baş mütəxəssis, sektor müdiri və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri vəzifələrində çalışıb. Dövlət qulluğundakı səmərəli fəaliyyətimə görə 2005-ci ildə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib. Dörd kitabın redaktoru, 500-ə yaxın məqalənin müəllifidir. 2007-ci ildən 2017-ci ilədək “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2017-ci ildə Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin edilib. 2024-cü il yanvarın 7-dən Bakı Mühəndislik Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2017-ci ildən YAP Abşeron Rayon 40 saylı ərazi təşkilatının sədridir. Ailəlidir, 3 övladı var.