BMU-da logistika mövzusunda maarifləndirici təlim
3 dekabr 2025
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Logistika Klubu tərəfindən logistika və nəqliyyat ixtisasları üzrə təhsil alan tələbələr üçün “Logistikada müasir çağırışlar" adlı maarifləndirici təlim təşkil edilib.
Tələbələrin logistika sahəsində biliklərini artırmaq, onları peşəkar təcrübə ilə tanış etmək məqsədi daşıyan təlimdə BMU-nun Logistika və nəqliyyat kafedrasının dosenti Nicat Kərimov bu istiqamətdə qlobal trendlər, müasir texnologiyaların təsiri və tələbələrin bilik və bacarıqlarının möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.
Sonra beynəlxalq logistika üzrə təlimçi-ekspert, “BERC Logistics” şirkətinin departament rəhbəri Nicat Şabanlı təqdimatla çıxış edib. O, tələbələrlə logistika, incoterms, CMR və s. mövzular üzrə nəzəri və praktiki biliklərini bölüşüb. Həmçinin mövcud çağırışlar və əmək bazarının tələbləri barədə danışaraq bu istiqamətdə inkişaf etmək üçün bir sıra tövsiyələr verib.
Təlim interaktiv müzakirələrlə davam edib.
Sonda fərqlənən tələbələr sertifikatla təltif olunub.

