THİK nəzdində “XXI əsr” klubu təqdim olunub
2 dekabr 2025
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində yaradılan “XXI əsr” klubunun təqdimatı olub.
Tədbirdə klubun yaranma məqsədi, planlaşdırılan fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Sonra klub tərəfindən iştirakçılar üçün gündəlik həyatda faydalı ola biləcək psixoloji mövzularda qısa məlumatlandırma edilib, eləcə də universitet tələbələrinin hazırladığı kiçik reportaj nümayiş olunub.
Tədbirin davamında QR kod vasitəsilə interaktiv sorğu keçirilib və sorğuda fəallığı ilə seçilən tələbələrə hədiyyələr təqdim edilib.

