Yataqxana
Universitetdə tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir. Oğlan və qızlar üçün 342 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir. Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur.
Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar mövcuddur.
Yataqxanalarda camaşırxana, dərzi otaqları fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir. Eyni zamanda, otaqlarda və koridorlarda yanğından müdafiə qurğuları, yanğın xəbər verici sistemlər yerləşdirilib. Yataqxanalarda 1 kitabxana və 4 dərs çalışma otağı tələbələrin istifadəsinə verilib. Tədbirlər və seminarlar keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb.
Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var.
Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.