Tibbi və Psixoloji Xidmətlər

Tibb Kabinetinin Ümumi Fəaliyyəti

Bakı Mühəndislik Universitetində (BMU) tələbə və əməkdaşların sağlamlığının qorunması, xəstəliklərin erkən diaqnostikası, profilaktikası və sağlam həyat tərzinin təbliği məqsədilə Tibb kabineti fəaliyyət göstərir. Kabinetin müasir tələblərə uyğun fəaliyyəti üçün zəruri tədbirlər mütəmadi həyata keçirilir.

İlkin Tibbi Yardım və Dispanserizasiya

Tibb kabineti ilkin tibbi yardım üçün lazım olan dərman preparatları, tibbi alətlər və ləvazimatlarla təmin olunub. Burada çalışan təcrübəli tibb işçiləri universitetin əməkdaş və tələbələrinə operativ tibbi xidmət göstərir:

- Sağlamlıq problemi yarandıqda ilkin tibbi yardım göstərilir;

- Lazım olduqda yerində müayinə aparılır;

- Zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə yönləndirmə edilir.

Tibb kabineti tələbələrin dispanserizasiyasını da diqqətdə saxlayır. Məqsəd qeyri-infeksion xəstəliklərin aşkarlanması, erkən müdaxilə və mümkün fəsadların qarşısının alınmasıdır.

Profilaktik Tədbirlər və Maarifləndirmə

Sağlamlıqla bağlı risklərin azaldılması məqsədilə tibb kabineti aşağıdakı maarifləndirici tədbirləri həyata keçirir:

- Mövsümi infeksion xəstəliklərə qarşı maarifləndirmə;

- Sanitar-gigiyenik normaların təbliği;

- Vaksinasiya proqramları haqqında məlumatlandırma və təşviqat;

- Qoruyucu tədbirlərin yerinə yetirilməsinə nəzarət.

Maarifləndirici tədbirlər çərçivəsində Səhiyyə Nazirliyi və digər dövlət qurumları ilə birgə:

- İlk tibbi yardım;

- Tibbi sığorta və müdaxilə üsulları;

- Epilepsiya, boğulma, travma, qanaxma və süni tənəffüs halları üzrə praktiki təlimlər keçirilir.

Tibbi və Psixoloji Xidmətlər | BEU