Tələbə Elmi Cəmiyyəti

Tələbə Elmi Cəmiyyəti Banner

Tələbələrə yönəlik layihələr, seminarlar, elmi festivallar və yarışların həyata keçirilməsi, tələbələri gələcək həyata hazırlayan təşkilat!

Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti, universitetin bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin elmi-tədqiqat və elmi-praktiki işlərinin təşkili və əlaqələndirilməsi məqsədilə yaradılmış könüllü ictimai təşkilatdır.

 

Məqsəd və Vəzifələr

 

- Tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması.

- Elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi və gənclərin fundamental tədqiqatlara marağının artırılması.

- Tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması.

- Elmi seminarlar, konfranslar, tələbə elmi işləri üzrə müsabiqələr, olimpiadalar, diskussiya klubları və tanınmış alimlərin iştirakı ilə seminarların təşkil edilməsi.

- Tələbələrin elmi mərkəzlər, texnoparklar və ideya inkubatoru kimi müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi.

 

Struktur

 

Tələbə Elmi Cəmiyyətinin sədri

 

Tələbə Elmi Cəmiyyətinin sədr müavinləri: Daxili işlər üzrə sədr müavini, Xarici işlər üzrə sədr müavini

 

Tələbə Elmi Cəmiyyətinin departamentlər üzrə sədrləri: Menecment departamenti üzrə sədr, Elmi işlər və Layihələr departamenti üzrə sədr, İctimaiyyətlə Əlaqələr Departamenti üzrə sədr, İnsan Resursları Departamenti üzrə sədr

 

Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə sədrləri: Pedaqoji fakültə üzrə sədr, Mühəndislik fakültəsi üzrə sədr, İqtisadiyyat fakültəsi üzrə sədr

Tələbə Elmi Cəmiyyəti | BEU