İdman

Ümumi Məlumat və Fəaliyyət Sahələri

 

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin fiziki tərbiyəsinə diqqət yetirmək məqsədilə İdman Klubu fəaliyyət göstərir. 

 

Klubun əsas fəaliyyət sahələri:

 

- İdmanla məşğul olan tələbələri kluba cəlb etmək.

- Tələbələr və müəllimlər arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək.

- Tələbələrin respublika səviyyəli idman yarışlarında iştirakını təmin etmək.  

 

Universitetdaxili Yarışlar

 

- Seçmə Yarışlar: Hər il sentyabr-oktyabr aylarında I kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə seçmə yarışlar keçirilir. Bu yarışların məqsədi istedadlı tələbələri universitetin idman komandalarına cəlb etməkdir.

- Daxili Turnir: Hər ilin mart-aprel aylarında tələbələr arasında futbol, voleybol, şahmat, stolüstü tennis və basketbol üzrə universitetdaxili turnir təşkil olunur. Qalib komandalar kubok və medallarla təltif edilir.  

 

Nailiyyətlər

 

BMU tələbələri müxtəlif respublika səviyyəli yarışlarda uğurla iştirak edirlər. Buna parlaq misal olaraq, universitetin Mühəndislik fakültəsinin tələbəsi Məhəmmədəli Quliyev sərbəst güləş üzrə Azərbaycan çempionu olmuş və Moskvada keçirilən dünya birinciliyində iştirak etmişdir. 

İdman | BEU