Bakı Mühəndislik Universiteti 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

 

Bakı Mühəndislik Universiteti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na uyğun olaraq, 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq istəyənlər üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir.

 

Kodİxtisas / Proqram
Azərbaycan Bölməsi ƏyaniAzərbaycan Bölməsi Qiyabiİngilis Bölməsi Əyani
16002001Beynəlxalq münasibətlər+
26003003Dekorativ - tətbiqi sənət (bədii keramika, şüşə, xalça, bədii toxuculuq)+
36003005Dizayn (İnteyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı)++
46004001Beynəlxalq ticarət və logistika++
56004002Biznesin idarə edilməsi+++
66004003Dövlət və bələdiyyə idarəetməsi++
76004004İqtisadiyyat+++
86004005Maliyyə+++
96004006Marketinq+++
106004008Mühasibat+++
116005005Fizika++
126005008Kimya++
136005009Kompüter elmləri++
146005011Riyaziyyat+
156006005Data analitikası+
166006007Ekologiya mühəndisliyi++
176006008Elektrik və elektronika mühəndisliyi++
186006009Energetika mühəndisliyi+
196006017İnformasiya təhlükəsizliyi++
206006018İnşaat mühəndisliyi++
216006020Kimya mühəndisliyi++
226006021Kommunikasiya sistemləri mühəndisliyi+
236006022Kompüter mühəndisliyi++
246006023Qida mühəndisliyi+
256006025Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi++
266006026Maşın mühəndisliyi+
276006028Mexanika mühəndisliyi++
286006029Mexatronika və robototexnika mühəndisliyi+
296006031Memarlıq++
306006036Nəqliyyat mühəndisliyi+
316006037Nəqliyyat tikintisi mühəndisliyi+
326006038Proqram təminatı mühəndisliyi++
336006039Proseslərin avtomatlaşdırılması mühəndisliyi++
346006040Radiotexnika və telekommunikasiya mühəndisliyi+
356006041Sənaye mühəndisliyi++
366006042Şəhərsalma+
376006043Şərabçılıq++
386008005Nəqliyyatda servis (Avtomobil nəqliyyatı üzrə)++
396008008Turizm işinin təşkili++
406006046Daşınmaz əmlakın idarəolunması+

Müraciət prosesi

 

Təkrar ali təhsilə tələbə qəbulu https://portal.edu.az vasitəsilə həyata keçirilir. Portal vasitəsilə müraciətin cari statusunun izləmək, prosesin mərhələlərinə dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir.

 

Portala yüklənməsi tələb olunan sənədlər

 

Ali təhsil haqqında sənəd: diplom və ona əlavə

Xarici ölkə məzunları üçün: ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd

Sənəd qəbulu 31 avqust 2026-cı il saat 23.59-da başa çatacaq.

Təkrar Ali Təhsil | BEU