İnformasiya və kompüter texnologiyaları fakültəsi

İnformasiya və kompüter texnologiyaları fakültəsində müasir dövrün əsas tələblərindən biri olan tədrisin bütün səviyyələrində sənayenin müxtəlif sahələrində informasiya texnologiyaları, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və s. üzrə fəaliyyət göstərəcək yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Fakültədə tədris Azərbaycan və ingilis dillərində aparılır. Fakültədə dərslər elmlər doktorları, fəlsəfə doktorları, professor və dosentlər daxil olmaqla böyük təcrübəyə malik müəllimlər tərəfindən tədris edilir. Eyni zamanda yüksək peşəkar təcrübəyə malik mütəxəssislər fakültədə dərslərin aparılmasına cəlb olunur. 

Fakültədə 6 bakalavr, 3 magistr ixtisası və 6 ixtisaslaşma üzrə ümumilikdə 1100-dən çox tələbə təhsil alır. Onların içərisində əcnəbi tələbələr də var.

  

KAFEDRALAR 

Fakültənin tərkibində 3 kafedra fəaliyyət göstərir: 

1. Kibertəhlükəsizlik və kompüter mühəndisliyi  

2. İnformasiya texnologiyaları və proqramlaşdırma 

3. Riyaziyyat və kompüter elmləri 

  

İXTİSASLAR 

Bakalavriat səviyyəsi üzrə: 

1. Kompüter mühəndisliyi 

2. İnformasiya təhlükəsizliyi 

3. İnformasiya texnologiyaları 

4. Riyaziyyat 

5. Kompüter elmləri 

6. Data analitikası

  

Magistratura səviyyəsi üzrə: 

1. Kompüter mühəndisliyi

- Kompüter sistemləri və şəbəkələri

- Bulud və şəbəkə infrastrukturu 

2. İnformasiya texnologiyaları 

- İdarəetmədə informasiya sistemləri 

- Maşın öyrənməsi

3. İnformasiya təhlükəsizliyi

- Kibertəhlükəsizlik

- Kompüter və şəbəkə təhlükəsizliyi

İnformasiya və kompüter texnologiyaları fakültəsi Şəkil 1İnformasiya və kompüter texnologiyaları fakültəsi Şəkil 1İnformasiya və kompüter texnologiyaları fakültəsi Şəkil 1İnformasiya və kompüter texnologiyaları fakültəsi Şəkil 1

Rəhbərlik

Vaqif Qasımov

Vaqif Qasımov

Dekan

Bax
Elməddin Hüseynov

Elməddin Hüseynov

Dekan müavini

Bax
Gülbiçə Zahidova

Gülbiçə Zahidova

Dekan müavini

Bax
İnformasiya və kompüter texnologiyaları fakültəsi | BEU