11 fevral 2025 | 09:57 - tədbir
23-24 may 2025-ci il tarixlərində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək.
Konfransın Məqsədi:
Gənclərin elmə olan marağını artırmaq məqsədi daşıyan konfransda, dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılar elmi nailiyyət və təcrübələrini bölüşəcək, ortaq problemləri müzakirə edəcək və onların həlli yolları üçün təkliflər irəli sürəcəklər.
Ətraflı Məlumat:
Konfrans haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: https://beu.edu.az/iyrc/home