BMU-də yay imtahan sessiyası başa çatıb
6 iyul 2026
Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ilinin yaz semestri üzrə yay imtahan sessiyası müvəffəqiyyətlə yekunlaşıb.
İyun ayının əvvəlində bakalavriat və magistratura səviyyələrində başlanılan imtahanlar iyulun 5-dək davam edib. Sessiyanın yüksək səviyyədə təşkili məqsədilə universitet rəhbərliyi və aidiyyəti struktur bölmələri tərəfindən bütün zəruri təşkilati-texniki tədbirlər görülüb. Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində obyektivlik və şəffaflıq prinsipləri tam təmin edilib.
İmtahan sessiyası ərzində fəaliyyət göstərən Qərargah prosesi mütəmadi izləyərək nəzarətdə saxlayıb, yaranan məsələlərin dərhal həlli istiqamətində zəruri addımlar atılıb. Həmçinin akademik borcu olan, eləcə də üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar imtahanlar keçirilib.
Sessiya müddətində Apelyasiya Komissiyasına ünvanlanan müraciətlər operativ qaydada araşdırılıb, hər bir müraciət üzrə əsaslandırılmış və ədalətli qərarlar qəbul olunub.
Ümumilikdə, yay imtahan sessiyası yüksək təşkilatçılıq şəraitində uğurla başa çatıb.
