BMU-da “Məzun günü” iyunun 30-da keçiriləcək
9 iyun 2026
İyunun 30-da Bakı Mühəndislik Universitetində (BMU) 2025-2026-cı tədris ili üzrə “Məzun günü” keçiriləcək. Saat 18:00-da universitetin əsas binasının qarşısında təşkil olunacaq tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkillərinin iştirakı nəzərdə tutulur.
“Məzun günü”ndə rəsmi çıxışların ardınca cari tədris ili məzunlarından ixtisas, fakültə və magistratura birinciləri, həmçinin universitet birincisi mükafatlandırılacaq.
Bədii proqramla davam edəcək mərasimdə tanınmış müğənni Röya Məmmədova (Hiss) və digər sənət adamlarının çıxışı planlaşdırılır.