BMU-da qış imtahan sessiyası başa çatıb
3 fevral 2026
Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində yanvarın 5-dən başlayan imtahanlar fevralın 1-dək davam edib.
İmtahanlarda şəffaflığın təmin edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin gözlənilməsi məqsədilə bütün zəruri tədbirlər gerçəkləşdirilib və Qərargah tərəfindən sessiyanın gedişinə operativ nəzarət olunub. Sessiya müddətində fəaliyyət göstərən Apelyasiya Komissiyasına daxil olan müraciətlər araşdırılaraq müvafiq qərarlar verilib.
Sessiyada üzürlü səbəbdən iştirak edə bilməyən tələbələrə imtahanlarını vermələri üçün vaxtaşırı şərait yaradılıb.
Bütövlükdə imtahanlar yüksək fəallıq şəraitində keçib və uğurla başa çatıb.
BMU-da qiyabi təhsilalma forması üzrə imtahanlar isə fevralın 10-da başlayacaq və bir həftə müddətində keçiriləcək.