BMU-da tələbələrin nəzəri biliklərinin artırılmasına xidmət edən kurs keçirilib

11 iyun 2026
BMU-da tələbələrin nəzəri biliklərinin artırılmasına xidmət edən kurs keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) HYSPHERE kursu təşkil olunub.  

 

Kursda BMU-nun “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 29 tələbə iştirak edib. 

 

Kimya mühəndisliyi kafedrasının müdiri Namiq Şıxaliyevin rəhbərliyi altında həyata keçirilən layihə tələbələrin proses mühəndisliyi və sənaye simulyasiyası sahəsində nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə yönəlib. 

 

HYSPHERE kursunun təlimçisi İzzət Yusifzadə tərəfindən keçirilən və iki ay davam edən proqram çərçivəsində iştirakçılar proses simulyasiyası sahəsində nəzəri və praktiki biliklər əldə edib, dixlormetanın alınması prosesinin simulyasiyası üzrə müxtəlif praktiki tapşırıqlar üzərində çalışıblar. 

 

Kursun sonunda Mühəndislik fakültəsinin dekanı Asif Quliyev fəallıqları ilə seçilən tələbələr-Yusif Əhmədov, Rəfail Hacıəliyev və Vüqar Mehtiyevə müvafiq sertifikatlar təqdim edib.  

 

Tədbirdə kurs iştirakçılarının qazandıqları bilik və bacarıqların gələcək peşə fəaliyyətində mühüm rol oynadığı vurğulanıb.