BMU-da ünsiyyət bacarıqları və şəxsi inkişaf mövzusunda tədbir keçirilib

18 may 2026
BMU-da ünsiyyət bacarıqları və şəxsi inkişaf mövzusunda tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə tələbələr üçün ünsiyyət bacarıqları, şəxsi inkişaf mövzusunda mütəxəssislə görüş təşkil olunub. 

 

Tədbirdə vurğulanıb ki, müasir dövrdə düzgün ünsiyyət qurmaq və şəxsi imic formalaşdırmaq həm peşəkar, həm də fərdi inkişaf baxımından böyük əhəmiyyət daşıyır.

 

Tədbirdə sahibkar, biznes konsultantı, ICF sertifikatlı kouç və təlimçi Anar Məmmədov çıxış edib. O, effektiv ünsiyyət bacarıqlarının insan münasibətlərində və karyera inkişafında mühüm rol oynadığını bildirib. Təlimçi özünü düzgün təqdim etməyin, inamlı nitqin və sosial çevrə ilə sağlam əlaqələrin vacibliyini diqqətə çatdırıb.

 

Görüş zamanı tələbələrə peşəkar mühitdə fərqlənməyin yolları, kommunikasiya zamanı edilən əsas səhvlər, liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi və məqsədyönlü fəaliyyətin önəmi barədə ətraflı məlumat verilib. 

 

Sonda iştirakçıların sualları cavablandırılıb, tədbirdə aktiv iştirak edən tələbələrə müxtəlif hədiyyələr tədqim olunub.

BMU-da ünsiyyət bacarıqları və şəxsi inkişaf mövzusunda tədbir keçirilib | BEU