BMU-nun müəllimi DTX-nin Akademiyasında keçirilən konfransda çıxış edib

15 may 2026
BMU-nun müəllimi DTX-nin Akademiyasında keçirilən konfransda çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrasının müəllimi Nəcəf Məmmədzadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında keçirilən respublika elmi-praktik konfransında iştirak edib. 

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə  həsr edilmiş konfransda DTX-nin məsul əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbər, professor-müəllim heyətləri ilə yanaşı, təhlükəsizlik orqanlarının veteranları və Akademiyanın kursantları iştirak ediblər. 

 

“Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası” mövzusunda  keçirilən konfransda BMU əməkdaşı "Texnoloji suverenlik və kiber təhlükəsizlik: Society 5.0 dövründə texnoloji monopoliyanın kritik infrastrukturlarda aradan qaldırılması" mövzusunda elmi məruzə ilə çıxış edib.

 

Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

 

BMU müəlliminə Akademiyanın rəisi, general-mayor Elşad Nəsirov tərəfindən sertifikat təqdim olunub.

BMU-nun müəllimi DTX-nin Akademiyasında keçirilən konfransda çıxış edib | BEU