BMU-ya bakalavriat səviyyəsi üzrə qəbul olunanların nəzərinə!

25 avqust 2026
BMU-ya bakalavriat səviyyəsi üzrə qəbul olunanların nəzərinə!

Bakı Mühəndislik Universiteti (BMU) tələbə adını qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

 

Nəzərinizə çatdırırıq ki, ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı yalnız my.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Qeydiyyat avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək davam edəcək.

 

Bakalavriat səviyyəsi üzrə qəbul olunan şəxslər qeydiyyatdan keçmək üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

 

Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

 

Əlavə sualınız yaranarsa BMU-nun Qeydiyyat komissiyası ilə əlaqə saxlaya bilərsiniz (I-V günlər saat 10:00-17:00):

 

Tel: 050-657-94-55;

Tel: 012-349-99-66 (daxili 1113).

BMU-ya bakalavriat səviyyəsi üzrə qəbul olunanların nəzərinə! | BEU